10:35 - 19.04.2024
19 aprel, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il fevralın 29-na 937 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb.
ABC.AZ xəbər verir ki, bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 4.4% və ya 40 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 32-yə çatıb.
Qeyd olunub ki, portfelin 90%-ni (848 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (26 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0.3% azalaraq 695 mln. avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3.723 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83.3 %-i (3.101mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026