“Atasığorta”  5,4 mln. manat sığorta haqqı toplayıb

11:47 - 11.08.2023


11 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında “Atasığorta” ASC 5,4 milyon manat sığorta haqqı toplayıb.

ABC.AZ  “Renkinq”ə  istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 57,1% azalaraq 1,4 milyon manat olub.