Qızıl 4 126 dollaradək ucuzlaşıb

09:49 - 20.10.2026


20 Oktyabr, Fineko/abc.az. Çərşənbə axşamı Asiya ticarət sessiyasında qızılın qiyməti ucuzlaşıb; investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə açıqlayacağı faiz dərəcəsi ilə bağlı qərarını gözləyirlər.

Spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 126,84 dollara düşüb, dekabr ayı çatdırılmalı ABŞ qızıl fyuçersləri isə 0,3% ucuzlaşaraq 4 146 dollara enib.

"CME FedWatch" məlumatlarına əsasən, treyderlər gələn həftə faiz dərəcələrinin dəyişməz qalması ehtimalını 83% qiymətləndirirlər.

Digər qiymətli metallara gəldikdə, gümüş 0,7% ucuzlaşaraq bir unsiya üçün 56,69 dollara, paladium 0,7% ucuzlaşaraq 1 112,08 dollara düşüb, platin isə 1 639,65 dollar səviyyəsində dəyişməz qalıb.