Azərbaycanda investisiya qoyuluşu 11% artıb

14:52 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala 14 688.6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10.9 faiz çox investisiya yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3.1 faiz artaraq 9 813.4 milyon manat olub. 2026-cı ilin yanvar–avqust aylarında qeyri-neft-qaz sektoruna investisiyalarda illik artım 1,4% olmuşdu. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların ümumi kapital qoyuluşunda payı təxminən 66,8% təşkil edib.