Bu şirkət “Azərsun Holdinq”ə qoşulur

10:10 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. “Azərsun Holdinq”ə şirkət qoşulur.

“Azərsun Holdinq” MMC “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

“Media Balans” MMC-nin nizamnamə kapitalı 50 min manat, “Azərsun Holdinq” MMC-nin nizamnamə kapitalı isə 127 626 666,67 manat təşkil edir. “Media Balans” MMC-nin qanuni təmsilçisi Roya Shadfar İsmayılzadə Mohammad qızıdır.

Yenidən təşkil ilə əlaqədar kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına bildirə bilərlər.