Naxçıvanda vergi daxilolmaları bu qədər artıb

14:37 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur.

Ötən 9 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 150,2 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 17,1 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 5,9 % artaraq 3,5 milyon manat olub.