17:31 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Bakı Fond Birjasındakı əməliyyatlarının həcmi illik müqayisədə 19,1% (606,17 milyon manat) azalaraq 2,57 milyard manat təşkil edib və şirkət birja üzvlərinin renkinqində dördüncü yerdən altıncı yerə enib.
Dövriyyənin 78,6%-ni təşkil edən repo əməliyyatları 9,4% azalaraq 2,02 milyard manata, korporativ istiqrazlar üzrə əməliyyatlar 68,8% azalaraq 217,05 milyon manata, dövlət istiqrazları isə 66,4% azalaraq 36,45 milyon manata düşüb.
Bununla belə, əməliyyatların ümumi sayı 8,9% artaraq 1 428-ə çatıb, Mərkəzi Bankın qiymətli kağızları üzrə dövriyyə 109,1% artımla 295,87 milyon manata, səhm əməliyyatları isə 29,9% artımla 1 milyon manata yüksəlib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026