16:34 - 6.10.2026
6 Oktyabr, Fineko/abc.az. ABŞ-ın tətbiq etdiyi blokada nəticəsində İran neftinin tədarükünün kəsilməsi və dövlət şirkətlərinin Rusiya neftini alaraq qiymətləri qaldırması Çinin müstəqil neft emalı zavodlarını (NEZ) İraq xam neftinə yönəldib. NEZ-lər noyabr çatdırılmaları üçün İraqın "Basra" markalı neftini Brent qiymətindən bir barel üçün 18 dollara qədər premiumla satın almağa başlayıblar.
Təhlilçilərin fikrincə, bu alışlar tələbatın kəskin artmasından ziyədə, zavodların dayanmasının qarşısını almaq üçün təcili xammal təminatı məqsədi daşıyır. Rusiyanın ESPO markalı neftinin Brent-dən 30 dollara yaxın baha təklif olunması fonunda, İraqın "Basra" nefti müstəqil emalçılar üçün daha sərfəli alternativə çevrilib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026