AMB bu sistemin dəstəklənməsinə 413 min manat xərcləyəcək

11:54 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank giriş-çıxış nəzarəti sisteminin dəstəklənməsi üçün 413 min manat xərcləyəcək.

Azərbaycan Respublikasının Mərkəzi Bankı sistemlərə giriş-çıxışın nəzarəti sisteminin (PİM/PAM) dəstəklənməsi ilə bağlı satınalma həyata keçirib.

Satınalmanın qalibi “B AND B Security Alliance Limited” MMC olub.

Müqavilənin dəyəri 413 min 475,41 manat təşkil edir.