10:38 - 2.10.2026
2 Oktyabr, Fineko/abc.az. ABŞ-ın süni intellekt nəhəngi, “Claude” modelinin tərtibatçısı “Anthropic” şirkətinin noyabrın 9-u həftəsində ilk dəfə olaraq səhmlərini açıq satışa çıxarmaq (İPO) prosesinə başlamağı və Şükranlıq günü tətilindən (26 noyabr) əvvəl birjada ticarətə başlamağı hədəflədiyi bildirilir.
Artan rəqabət, kibertəhlükəsizlik riskləri və CEO Dario Amodeinin süni intellektin inkişaf tempini ləngitmək çağırışlarına baxmayaraq, investorların marağı yüksək olaraq qalır.
Şirkətin dəyəri 1,8-2 trilyon dollar aralığında qiymətləndirilir və "Anthropic" İPO həcminə görə "SpaceX" səviyyəsinə çatmağı planlaşdırır. Rəqib "OpenAI" isə CEO Sem Altmanın qərarı ilə İPO planlarını təxirə salıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026