Ombudsmanın maaşı 4 dəfəyə yaxın artırılır – Aylıq 12 min manat olacaq

12:25 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 3 060 manatdan 12 min manata qaldırılmasını nəzərdə tutan Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında ikinci səsvermədə qəbul edilib.

Yeni qaydaya əsasən, ombudsmanın əvvəllər aldığı əlavə, mükafat və digər ödənişlər artıq bu məbləğin tərkibinə daxil edilib və dəyişikliyin 2026-cı il yanvarın 1-dən etibarən tətbiqi nəzərdə tutulur.