11:23 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Azərbaycanda çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında qanunvericiliyə uyğun olaraq, elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmində mühüm dəyişiklik edilib.
MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, oktyabrın 1-dən etibarən maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürməsi üzrə yeni qaydalar hüquqi qüvvəyə minir.
Yeni mexanizmə əsasən, monitorinq üçün müəyyən edilmiş 20 000 manatlıq (və ya xarici valyutada onun qarşılığı) limit dəyişməz qalsa da, onun tətbiq olunma prinsipi fərqlənəcək.
Artıq bu göstərici bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində həyata keçirəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.
Eyni zamanda, monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə təqdim etməlidirlər.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026