16:57 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" üzrə hədəflənən maliyyə və iqtisadi göstəriciləri açıqlayıb.
Nazir bildirib ki, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
2027–2030-cu illəri əhatə edən proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi, 2,2 milyard manatı dövlət müəssisələri, 2 milyard manatı isə özəl sektor hesabına formalaşacaq.
Beləliklə, investisiyanın 80%-i qeyri-büdcə mənbələrindən cəlb ediləcək və sektorun əlavə dəyəri 2,6 dəfə artacaq.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026