16:26 - 21.09.2026
21 Sentyabr, Fineko/abc.az. İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) "Google Ireland Limited" şirkətini istifadəçilərin məkan məlumatlarını ( Avropa İttifaqının GDPR qaydalarına zidd şəkildə emal etdiyi üçün 403 milyon avro məbləğində cərimələyib.
Avropanın istehlakçı hüquqlarını müdafiə edən təşkilatların şikayətləri əsasında aparılan araşdırma texnoloji nəhəngin "Veb və Tətbiq Fəaliyyəti", "Məkan Tarixçəsi" və "Məkan Dəqiqliyi" funksiyalarında ciddi qanunsuzluqlar aşkar edib.
DPC-nin qərarına əsasən, "Google" məkan məlumatlarının toplanmasında şəffaflıq prinsipinə əməl etməyib və məlumatları lazımi müddətdən artıq saxlayıb. Şirkətə məlumatların emalı prosesini 6 ay ərzində Aİ qanunvericiliyinə tam uyğunlaşdırmaq öhdəliyi qoyulub.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026