Azərbaycanın İtaliyaya neft ixracı 5,2 milyard dolları ötüb

15:07 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 5 milyard 226 milyon 65 min 400 ABŞ dolları dəyərində 8 milyon 470 min 707,19 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya göndərilən neftin həcmi 7,9 faiz azalsa da, dəyəri 8,8 faiz artıb.

Bununla da İtaliyanın Azərbaycanın ümumi xam neft ixracındakı payı 57,7 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən ümumilikdə 9 milyard 281 milyon 893 min 550 ABŞ dolları dəyərində 14 milyon 677 min 951,6 ton xam neft və neft məhsulları ixrac edib. Ümumilikdə isə ilin ilk 8 ayında ölkənin xarici ticarət dövriyyəsi 33 milyard 238 milyon ABŞ dolları təşkil edib ki, bunun da 21 milyard 815 milyon dolları ixracın, 11 milyard 423 milyon dolları isə idxalın payına düşüb.