“PAŞA Bank”ın IPO-sundan sonra səhmdarlarının sayı 18 minə yaxınlaşıb

15:57 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. “PAŞA Bank”ın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatında bildirilib ki, bankın keçirdiyi ilkin kütləvi təklifdə (IPO) 17 960 unikal investor iştirak edib.

Bankın səhmlərinin 5%-nin hər biri 55 manatdan təklif edildiyi bu IPO-da ümumi abunəlik məbləği 66,3 milyon manat, faktiki yerləşdirmə isə 51,3 milyon manat təşkil edib.

Beləliklə, abunəlik səviyyəsi 129%-ə çatıb və təklif olunan həcmədən 15 milyon manat çox sifariş daxil olub.