16:42 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrə pomidor (tomat) ixracının həcmi cüzi azalsa da, əldə olunan gəlirdə diqqətçəkən artım qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə xaricə 143 min 19 ton pomidor satılıb ki, bu da ötən ilin eyni dövrü (143 min 995 ton) ilə müqayisədə 0,7 faiz azdır.
Buna baxmayaraq, ixrac gəlirləri 10 faiz artaraq 157,15 milyon dollardan 172,22 milyon dollara yüksəlib.
Qazancın artmasına əsas səbəb ixrac olunan 1 kiloqram pomidorun orta statistik dəyərinin ötən ilki 1,09 dollardan 1,20 dollara (təxminən 2,05 manat) qalxması olub.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026