Yerli qeyri-neft məhsullarının ixracında 18,8%-lik artım

16:06 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı 2026-cı ilin yanvar-avqust aylarında 18,8 faiz artaraq 2,55 milyard dollara yüksəlib.

Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, bu dövrdə filiz və şlakların ixracı 6,6 dəfədən çox artaraq 184,8 milyon dollara, şəkər 93,2 milyon dollara, alüminium 188 milyon dollara, pambıq isə 187,9 milyon dollara çatıb.

Ən böyük daxilolma 422,2 milyon dollarla meyvə ixracından əldə edilib.

Bəzi məhsullarda isə azalma müşahidə olunub: elektrik enerjisinin ixrac dəyəri 68,5 faiz, sement ixracı 20,1 faiz, plastmassa məmulatları 13,1 faiz, azot gübrəsi isə 8,4 faiz geriləyib.