12:07 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. Beynəlxalq "Fitch Ratings" reytinq agentliyinin hesabatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) azlıq təşkil edən payçılara ödənilən dividendlərdən sonrakı EBITDA mənfəəti 2025-ci ildə 9.3 milyard manat (5.47 milyard dollar) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 5 milyard manat (2.94 milyard dollar) olub. Bu kəskin artım Cənub Qaz Dəhlizi (SGC) və STAR neft emalı zavodunun tam konsolidasiyası ilə izah olunur.
Nəticədə, xalis borcun EBITDA-ya nisbəti (net leverage) 1.0x kimi aşağı səviyyədə qorunub saxlanılıb. Agentlik analitiklərinin proqnozlarına əsasən:
2026-cı il gözləntiləri: Yüksək neft-qaz qiymətləri və emal marjaları sayəsində artan kapital xərcləri (capex) və M&A xərcləri kompensasiya olunacaq, EBITDA mənfəəti 12 milyard manata ($7.06 milyard) yüksələcək, borc yükü isə 1.0x səviyyəsində sabit qalacaq.
2028–2029-cu illər gözləntiləri: 2028-2029-cu illərə doğru EBITDA mənfəətinin 7.5–8 milyard manata (4.41–4.71 milyard dollar) qədər enməsi, net leverec göstəricisinin isə təxminən 2x səviyyəsində normallaşması gözlənilir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026