11:05 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzində (NMM) avtomobillərin hərəkət qaydalarında vacib dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, metronun şimal çıxışında (“Atletlər kəndi” istiqamətində) tətbiq olunan yenilik metro xətlərinin ayrılması layihəsi çərçivəsində M4 və M6 nömrəli ekspres avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
2-ci “cib” yalnız ekspres avtobuslara ayrılıb: Əvvəllər minik avtomobillərinin sərnişin mindirib-düşürməsi üçün istifadə olunan ikinci “cib” hissəsində xüsusi avtobus zolağı təşkil edilib və əraziyə 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) yol nişanı quraşdırılıb.
Xətlərin ayrılması: Yenilik nəticəsində vahid ərazidən istifadə edən müntəzəm və ekspres marşrutlar bir-birindən ayrılıb, sərnişin axını nizamlanıb.
Piyada təhlükəsizliyi: Sərnişinlərin metroya rahat və təhlükəsiz keçməsi üçün ərazidə yeni piyada keçidi də çəkilib.
Qeyd edək ki, artıq minik avtomobillərinin həmin ikinci “cib”ə daxil olması, orada dayanması və sərnişin mindirib-düşürməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qaydanı pozan sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə cəzalandırılacaqlar.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026