12:35 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Yanvar-iyul aylarında təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 774 müraciət daxil olub.
Bunu jurnalistlərlə görüşdə Agentliyin şöbə müdiri Şəmsi Rzalı bildirib.
O qeyd edib ki, sözügedən dövrdə daxil olmuş müraciətlərdən 221-i təmin olunub:
"Həmin müraciətlərdən 6 milyon manatı geri qaytarılıb. Ən çox müraciət elektrik enerjisi xidməti ilə bağlı olub. Yəni elektrik enerjisi xidməti barədə 215 müraciət olub. Qaz təchizatı xidməti barədə 156 müraciət daxil olub. Hava yol nəqliyyatı xidməti ilə bağlı isə 61 müraciət olub".
Müəllif: Elmir Muradov
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026