20:42 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Dizel yanacağına və aviasiya kerosininə qlobal tələbin artması fonunda ABŞ-ın neft emalı zavodları (NEZ) yüklənməni maksimum səviyyəyə çatdırıb.
EIA-nın məlumatına görə, orta yüklənmə 96%-ə çatıb, bəzi regionlarda isə bu göstərici 100% təşkil edir.
Yanacaq qıtlığı qlobal tədarükün azalması səbəbindən güclənib. Belə ki, İranın Hörmüz boğazını bağlaması və Rusiyanın NEZ-lərinə hücumlar təklifi azaldıb, Rusiyanın dizel ixracına qoyduğu qadağa isə vəziyyəti daha da gərginləşdirib.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026