"ING Group" Azərbaycanda illik inflyasiyanı cari ildə 5,8 % proqnozlaşdırır

16:14 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanın cari ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % səviyyəsində olacağını proqnozlaşdırır.

ABC.AZ ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, əvvəl dərc olunmuş proqnozla müqayisədə cari il üzrə inflyasiya gözləntiləri 0,3 faiz bəndi (f.b.) azaldılıb, 2027-ci il üzrə proqnoz isə 0,1 f.b. artırılıb.

Bundan əlavə, bank qrupu ilk dəfə olaraq 2028-ci il üzrə proqnozunu da açıqlayıb. ING-nin hesablamalarına görə, 2028-ci ildə inflyasiya səviyyəsi 5,3 %-ə çatacaq.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 5,6 % təşkil edib. Bu göstərici 2024-cü ildə 2,2 % olub. 2026-cı ilin yanvar-may aylarında isə ölkədə orta illik inflyasiya 5,6 % təşkil edib.