Türkiyə üzən elektrik stansiyası Qananın elektrik ehtiyacının dörddə birini təmin edir

14:48 - 15.05.2026


15 may, Fineko/abc.az. Karadeniz Powership Osman Khan enerji platforması Qananın elektrik enerjisi tələbatının təxminən 26%-ni təmin edib.

ABC.AZ xəbər verir ki, bu barədə 15 may tarixində Qana Dövlət Elektrik Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Təxminən 300 metr uzunluğunda və 50 metr enində olan gəmi Türkiyənin Karpowership şirkəti tərəfindən yenidən təchiz edilib və 2017-ci ildə Qana sahillərində fəaliyyətə başlayıb. Stansiyanın generatorları 480 MVt-a qədər güc istehsal edə bilir.

Karadeniz Holding-in törəmə şirkəti olan Türkiyənin Karpowership şirkəti, ümumi gücü 8 000 MVt-dan çox olan donanması ilə üzən elektrik stansiyaları üzrə qlobal bazarın əsas oyunçularından biridir. Bu model inkişaf etməkdə olan ölkələrə böyük investisiya və uzun tikinti müddətləri olmadan elektrik çatışmazlığını sürətlə aradan qaldırmağa imkan verir.

Qeyd edək ki, Karpowership-in üzən elektrik stansiyaları modeli Afrika, Latın Amerikası və Asiyada tətbiq olunur. 2026-cı ilin aprelində Belgin Sultan gəmisi Kubaya göndərilib və adada enerji təchizatının sabitləşdirilməsinə xidmət edir.