Dövlət qurumu auditor axtarır

10:50 - 14.04.2026


14 aprel, Fineko/abc.az.  Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs 2025-ci il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 10 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini aprelin 29-na qədər şirkətin yerləşdiyi Naxçıvan şəhər, Heydər Əliyev pr.06 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 29-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.