Özbəkistanın 15 milyard dollarlıq istiqrazları Londonda yerləşdirilib

17:20 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Özbəkistanın 15 milyard ABŞ dollarından çox məbləğdə suveren və korporativ istiqrazları London Fond Birjasında yerləşdirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyevin mətbuat xidməti Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət elçisi lord Con Olderdeyslə görüşün yekunlarına dair məlumat yayıb.

Tərəflər son beş ildə qarşılıqlı ticarət dövriyyəsinin iki dəfə artdığını və Birgə İqtisadi Komitə mexanizminin işə salındığını qeyd ediblər. Britaniyalı tərəfdaşların dəstəyi ilə Özbəkistanda prezident məktəbləri və üç birgə universitet açılıb, Böyük Britaniyadan gələn turistlərin sayı artır.

Həmçinin energetika, maliyyə, nəqliyyat, kimya, əczaçılıq, elm və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın genişləndirilməsi üzrə birgə yol xəritəsinin hazırlanması planlaşdırılır.