15:35 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. Bu il Azərbaycanda bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün dövlət büdcəsində 100,1 milyon manat subsidiya nəzərdə tutulub.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 5,3 % çoxdur.
2026-cı ildə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər isə 2025-ci illə müqayisədə eyni - 38,3 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il Hesablama Palatası "Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin auditinin nəticələrinə dair Auditor hesabatı" hazırlayıb.
Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 42-si - dövlət ali təhsil ocağıdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026