11:57 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Küveyt, Bubiyan adasında yerləşən Mübarək əl-Kabir limanının tikintisi üçün Çin şirkəti ilə 4 milyard dollarlıq müqavilə imzalayacaq.
ABC.AZ xəbər verir ki, bu liman Küveyt üçün strateji əhəmiyyət kəsb edən əsas layihədir və Çin tərəfindən «Bir kəmər, bir yol» təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilir. Layihə regional ticarət mərkəzinin yaradılmasını və iqtisadiyyatın diversifikasiyasını dəstəkləməyi hədəfləyir. Küveyt hakimiyyəti birinci mərhələdə işlərin təxminən 50%-nin tamamlandığını bildirib. Limanın tikintisi Çin Kommunikasiya Tikinti Şirkəti (CCCC) tərəfindən aparılır və bu, iki ölkə arasında həyata keçirilən bir sıra digər böyük layihələrin tərkib hissəsidir
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026