Pezeşkian Xankəndiyə gedəcək

11:21 - 1.07.2025


1 iyul, Fineko/abc.az. İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

ABC.AZ xəbər verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.