16:46 - 24.08.2023
24 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67.4% və ya 674 milyon 645 min manat çoxdur.
2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilib.
Qeyd edək ki, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026