Mərkəzi Bank 32 şəxsin sığorta lisenziyasını bərpa edib

10:26 - 27.07.2023


27 iyul, Fineko/abc.az. Mərkəzi Bankda 3  fiziki şəxs olan sığorta brokerinə, 1 hüquqi şəxs və 28 fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi bərpa edilib.

Bu barədə ABC.AZ-a Mərkəzi Bankdan bildirilir.

Qeyd olunub ki, sözügedən qərar 26 iyul 2023-cü il tarixində verilib.