Naxçıvan Statistika Komitəsinin sədri işdən çıxarıldı

12:31 - 7.04.2023


7 aprel, Fineko/abc.az.  Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin sədri vəzifəsindən azad olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, komitə sədri Vaqif Rəsul işdən azad edilib.
Artıq onun yerinə təyinat da olub. Hüseyn Bağırov Statistika Komitəsinin sədri vəzifəsinə təyinat alıb.