12:31 - 22.01.2020
22 Yanvar, Fineko/abc.az. "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalmışdır. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranmışdır".
ABC.AZ xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında belə deyilir.
Məlumatda qeyd olunub ki, hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. "Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcəkdir" deyə açıqlamada vurğulanır.
Müəllif: Elmir Murad
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026