15:39 - 6.12.2019
6 dekabr, Fineko/abc.az. “Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 3 000-dən artıq qurumu akkreditasiyadan keçirib”.
ABC.AZ xəbər verir ki, bunu AzAK-ın direktoru Namiq Əliyev Azərbaycan Turizm Bürosunun (Büro) baş icraçı direktoru Florian Zenqstşmidlə görüşdə deyib.
Onun sözlərinə görə, buna baxmayaraq həmin qurumlar arasında turizm sahəsində fəaliyyət göstərəni yoxdur. “AzAK bu ilin oktyabr ayına qədər tvinninq layihəsi həyata keçirib. Hazırda Mərkəz işini Avropa standartlarına uyğun qurur” deyə qurum direktoru deyib. Görüşün sonunda AzAK Büroya hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı verib.
Müəllif: Elmir Murad
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026