17:48 - 3.10.2017
Azərbaycan Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazlarının (DQİ) növbəti yerləşdirilməsini keçirdi.
“Bakı Fond Birjası” QSC-nin bildirdiyi kimi, 3 oktyabr tarixində Maliyyə Nazirliyi 91 gün müddətə, 10 milyon manat həcmində manatla nominasiya edilmiş DQİ satmışdır.
9 investordan 32 454 200,00 AZN məbləğində DQİ alışına dair 20 sifariş daxil oldu.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.9025 AZN (gəlirlilik 4.5003%), orta ölçülmüş qiyməti 98.9025 AZN (4.5003%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 10 milyon manat həcmində DQİ satılmışdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026