15:36 - 25.02.2019
25 fevral, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev xüsusi iclas keçirərək, minimum əmək haqqı və pensiyaların həcminin yenidən artırılacağını bildirdi.
Dövlət başçısı bildirib ki, minimum əməkhaqqını 38% artırılaraq, 130 manatdan 180 manata qalxıb.
“Artım, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq”, - prezident belə deyib.
Onun sözlərinə görə, minimum pensiyaların məbləği 38 faiz, 116 manatdan 160 manata qədər artırılması haqqında qərar sayəsində Azərbaycan MDB məkanında ikinci yerə yüksəlmişdir.
“Bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir”, - deyə İ.Əliyev əlavə edib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026