10:28 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reyting agentliyi neft-qaz qiymətlərinin azalacağı gözləntilərinə baxmayaraq, Azərbaycanın fiskal və xarici mövqeyinin güclü qalacağını bildirib.
Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində çıxış edən agentliyin baş direktoru Erich Arispe Morales bu il icmal büdcədə ÜDM-in təxminən 3,7%-i, cari əməliyyatlar hesabında isə ÜDM-in 11%-i səviyyəsində profisit gözlənildiyini diqqətə çatdırıb.
Agentlik rəsmisi vurğulayıb ki, hökumət fiskal qaydalar çərçivəsində qeyri-neft ilkin kəsirini azaltmaqda ilkin gözləntilərdən daha yaxşı nəticə göstərib.
Orta müddətli dövrdə isə əsas diqqət dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının azaldılmasına və fiskal konsolidasiyanın davam etdirilməsinə yönələcək.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026