10:17 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Metallurgiya sənayesinin inkişafı və “Baku Steel Company”nin (BSC) istehsal imkanlarının genişləndirilməsi dövlətin 2030-cu ilədək hədəflədiyi iqtisadi strategiyasının mühüm hissəsinə çevrilib.
Prezident İlham Əliyevin 23 sentyabr tarixində təsdiqlədiyi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda BSC çərçivəsində yeni yayma zavodunun inşası və tikişsiz boru istehsalı üzrə yeni güclərin yaradılması xüsusi tədbir kimi yer alıb.
Bu layihələrin 2027–2030-cu illərdə dövlətin təşviq mexanizmləri ilə dəstəklənməsi və əsas məqsəd kimi yüksək əlavə dəyərli, ixracyönümlü metal məhsullarının istehsalını artırmaq nəzərdə tutulur.
Proqrama əsasən, 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiya qoyulması və 2030-cu ilədək sahənin illik ixrac potensialının 2 milyard dollar (3,4 milyard manat) səviyyəsinə çatdırılması hədəflənir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026