14:31 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. Səhmlərinin 51 %-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus olan Özbəkistanın "Davr Bank"ının oktyabrın 9-da, saat 18:00-da Daşkənddəki baş ofisində səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda bankın nizamnaməsinin yeni redaksiyada və korporativ adının təsdiq edilməsi, Müşahidə Şurasının tam, İdarə Heyətinin isə qismən yenidən formalaşdırılması planlaşdırılır.
Bununla yanaşı, kredit təşkilatının dividend siyasətinin yenilənməsi, daxili əsasnamələrin təsdiqi, Müşahidə Şurasının müstəqil üzvlərinin mükafatlandırılması, Audit komissiyasının yaradılması və məcburi audit üçün təşkilatın seçilməsi məsələləri müzakirə olunacaq.
©Report
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026