17:08 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Nazirlər Kabinetinin iclasında Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri əhalinin, şəhid ailələrinin, qazilərin və aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsidir.
Bu çərçivədə 2027-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 faiz, hərbi-müdafiə və milli təhlükəsizlik xərcləri isə 8,8 milyard manat (xərclərin 21 faizi) proqnozlaşdırılır.
Baş nazir həmçinin qeyd edib ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və hazırda həmin torpaqlarda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bərpa-quruculuq işləri ilə yanaşı, qeyri-neft sənayesinin inkişafı məqsədilə 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da qəbul edilib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026