14:34 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az. Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan Azərbaycanın bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə tələbləri arasındakı fərq) 2026-cı ilin avqust ayının sonuna 6,3 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb. Likvidliyin kəskin artması fonunda təminatsız pul bazarı üzrə bençmark faizləri (AZIR) azalan meyil nümayiş etdirərək iyuldakı 6,39%-dən sentyabrın ötən dövründə 6,02%-ə geriləyib.
Mərkəzi Bank likvidliyin idarə olunmasında əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir ki, bu alətin sterilizasiya portfelindəki payı avqustun sonuna 70,8% olub.
Eyni zamanda, AMB-nin not portfelinin həcmi avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026