15:18 - 18.09.2026
18 Sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "GL" ASC-nin illik 15% gəlirliliklə emisiya etdiyi 1 milyon manat dəyərindəki istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac uğurla yekunlaşıb.
BFB-nin Listinq Komitəsinin qərarı ilə qiymətli kağızlar Standart Bazar Listinq seqmentinə daxil edilib.
AZ2044020280 ISIN kodlu, 7 il tədavül müddətinə malik istiqrazların hər birinin nominal dəyəri 100 manat təşkil edir. Hərrac zamanı 52 investordan ümumi nominal dəyəri 1 milyon manat olan 52 sifariş daxil olub və buraxılış tam həcmdə reallaşıb.
Əməliyyatın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC olub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026