14:41 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 12 milyard 677,8 milyon manata çatıb.
Banker.az-ın məlumatına görə, bu dövrdə neft-qaz sektoruna yatırılan investisiyalar 32,4 faiz yüksəldiyi halda, qeyri-neft-qaz sektorunda artım cəmi 1,4 faiz təşkil edib.
Ümumi kapital qoyuluşunun 7,04 milyard manatı məhsul istehsalı, 3,85 milyard manatı xidmət sahələrinə, 1,79 milyard manatı isə yaşayış evlərinin tikintisinə ayrılıb.
Həmçinin investisiyaların 75 faizi, yəni 9,51 milyard manatı daxili mənbələr hesabına formalaşıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026