15:03 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumat yayıb. Açıqlanan göstəricilərə əsasən, gələn ilin dövlət büdcəsindən təhsil və səhiyyə sektorlarının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi müəyyənləşib.
Nəzərdə tutulan büdcə parametrlərinə görə, təhsil sektorunun inkişafı və müvafiq layihələrin icrası üçün 5 milyard 98,2 milyon manat vəsait ayrılacaq.
Səhiyyə sahəsinə isə dövlət büdcəsindən 3 milyard 962,8 milyon manat yönəldilməsi planlaşdırılır.
Ayrılan maliyyə çərçivəsində gələn il təhsil sahəsi üzrə 11, səhiyyə sektoru üzrə isə 8 dövlət proqramının həyata keçirilməsi nəzərdə tutulur.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026