12:23 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 889,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168,1 min sərnişin və ya 6,2 % çoxdur.
2026-cı ilin yanvar-avqust aylarında bu nəqliyyat növü ilə yükdaşıma 3,4 % və ya 8,6 min ton azalaraq 248 min ton olub.
Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 162 milyon 739,4 min ton yük daşıyıb. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026