8 ayda geyim və ayaqqabıya 5.6 milyard manatdan çox pul xərcləmişik - Statistika

10:40 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5 milyard 613.8 milyon manatlıq ($3 milyard 302.2 milyon) toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.3% çoxdur. Hesabat dövründə alıcıların son istehlak məqsədilə xərclədikləri ümumi vəsaitin 12.7%-i məhz bu kateqoriyadan olan malların payına düşüb.

Ümumilikdə, 8 ay ərzində ölkənin pərakəndə ticarət dövriyyəsi 44.3 milyard manat ($26.05 milyard) təşkil edib. Bu məbləğin 24.1 milyard manatı ($14.17 milyard) ərzaq, içkilər və tütün məmulatlarının, 20.2 milyard manatı ($11.88 milyard) isə qeyri-ərzaq mallarının payına düşüb. Keçən ilin eyni dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi real ifadədə 3.9%, o cümlədən ərzaq sektoru üzrə 1.4%, qeyri-ərzaq sektoru üzrə isə 6.9% artıb.