17:23 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Səhiyyənin Təminat Mərkəzi vaksinlərin satınalınması üzrə 2.4 milyon manatlıq tender elan edib.
“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi uşaqlar üçün vaksinlərin satın alınması məqsədilə iri məbləğli açıq tender müsabiqəsi elan edib.
Satınalma müsabiqəsi “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair uşaqlar üçün vaksinlər”in təmin olunması çərçivəsində həyata keçirilir.
Müsabiqə üzrə nəzərdə tutulan ehtimal olunan qiymət 2 milyon 416 min manat təşkil edir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026