11:25 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artım deməkdir.
Təkcə avqust ayı ərzində ölkənin valyuta rezervləri 3 milyard 954,8 milyon dollar həcmində genişlənib.
Qlobal neft bazarındakı əlverişli qiymət konyukturası və Dövlət Neft Fondunun (ARDNF) valyuta daxilolmalarının artması bu sıçrayışda əsas rol oynayıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları səviyyəsində qərarlaşmışdı.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026