14:50 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı həyata keçirilib.
AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tünzalə Muradova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Strateji Planlaşdırma Departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tünzalə Muradova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyində Beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026