14:44 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatının strateji sahələrindən olan quşçuluq sektoru sürətli inkişaf nümayiş etdirir. Prezident İlham Əliyevin elan etdiyi göstəricilərə əsasən, ölkə özünü quş əti ilə 82% təmin edir. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, quş əti istehsalının ən azı 30% (44 min ton) artırılması və daxili tələbat tam ödənildikdən sonra xarici bazarlara ixracın kəskin genişləndirilməsi hədəflənir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin sözlərinə görə, ötən il xaricə 90,4 milyon ədəd süfrə və 12,7 milyon ədəd damazlıq yumurta ixrac olunaraq ölkəyə 10,6 milyon dollar valyuta daxil olub.
Hazırda Azərbaycanın quşçuluq məhsulları dünya üzrə 10-a yaxın ölkəyə (BƏƏ, Qətər, ABŞ, Almaniya və s.) göndərilir. AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında imzalanmış sazişlər isə yaxın gələcəkdə dünyanın en böyük bazarlarından biri olan Çinə də toyuq əti ixracına geniş imkanlar açır.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026